Bank Of Baku

Azay Quliyev BMT İnkişaf Proqramının təmsilçisi ilə görüşüb

Azay Quliyev BMT İnkişaf Proqramının təmsilçisi ilə görüşüb
# 24 sentyabr 2008 12:56 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev Birləşmiş Millətlər Təşkilatının (BMT) İnkişaf Proqramı Rezident nümayəndəliyinin müavini Nura Hamlacini ilə görüş keçirib. Şuranın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, N. Hamlaci qurumun yaranması və fəaliyyəti ilə maraqlanıb. A. Quliyev şuranın əsas fəaliyyətinin yerli QHT-lərin inkişafına və ölkədə vətəndaş cəmiyyəti quruculuğuna yönəldiyini qeyd edib. O, altı aylıq fəaliyyətin yekunları ilə diplomata məlumat verib. N. Hamlaci Şuranın onun təmsil etdiyi təşkilatın dünyada mövcud olan nümayəndəlikləri ilə əlaqələr yaratmasını təklif edib. O, müəyyən araşdırmalar apardıqdan sonra Şuraya müəyyən texniki yardımların göstərilməsini də mümkün sayıb. Azərbaycan dövlətinin iqtisadi qüdrətinin artması ilə əlaqədar bəzi beynəlxalq təşkilatların donorluq fəaliyyətini məhdudlaşdırdığını qeyd edən BMT təmsilçisi bununla əlaqədar olaraq, Şuranın üzərinə daha böyük yük düşdüyünü vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR