Bank Of Baku

Göygöl rayonunda Yeni Dozular kəndinin açılışı olub

Göygöl rayonunda Yeni Dozular kəndinin açılışı olub
# 24 sentyabr 2008 12:57 (UTC +04:00)
Göygöl. Nəzakət Məşədiəliqızı-APA. Bu gün Göygöl rayonunun yeni Dozular kəndinin açılışı olub. APA-nın qərb bürosunun xəbərinə görə, açılış mərasimində fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev, Prezident Aparatının şöbə müdiri Hüseyn Mövsümov və rayonun ictimaiyyət nümayəndələri iştirak edib. Hüseyn Mövsümov APA –nın əməkdaşına bildirib ki, yeni Dozular kəndində iki il bundan öncə baş verən torpaq sürüşməsi nəticəsində evləri dağılaraq yararsız vəziyyətə düşən 112 nəfər üçün 42 ev inşa edilib. Onlardan 30- u ikiotaqlı, 12-si isə üçotaqlıdır. Yaşayış yerinin ümumi sahəsi 30 hektardan artıqdır. Burada 120 nəfər şagirdin təhsil alacağı məktəb, feldşer – mama məntəqəsi, bələdiyyə binası, inzibati bina, mədəniyyət evi, klub, mağaza və xüsusi hamam inşa edilib.
Qeyd edək ki, Dozular kəndində 2006 –cı ilin avqust ayında baş vermiş süruşmə nəticəsində 42 ailənin yaşadığı ev yarasız vəziyyətə düşüb. Yeni Dozular kəndi həmin ərazidən təxminən 3 km aralıda salınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR