Bank Of Baku

«Yanar dağ» dövlət qoruğu Mədəniyyət və Turizm Nazirliyinin tabeliyinə verilib

«Yanar dağ» dövlət qoruğu Mədəniyyət və Turizm Nazirliyinin tabeliyinə verilib
# 24 sentyabr 2008 12:57 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Nazirlər Kabineti «Yanar dağ» dövlət tarix-mədəniyyət və təbiət qoruğu ilə bağlı qərarına dəyişiklik edib. Bu barədə «APA-Economics»ə Nazirlər Kabinetindən məlumat verilib.
Dəyişikliyə əsasən, «Yanar dağ» dövlət tarix-mədəniyyət və təbiət qoruğu Mədəniyyət və Turizm Nazirliyinin tabeliyinə verilib. Nazirlər Kabineti həmçinin Mədəniyyət və Turizm Nazirliyinə «Yanar dağ» dövlət tarix-mədəniyyət və təbiət qoruğunun sərhədlərini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası və Abşeron rayon İcra Hakimiyyəti ilə razılaşdırmaqla plan-sxemə uyğun müəyyənləşdirməyi tapşırıb.
Qeyd edək ki, buna qədər qoruq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR