Bank Of Baku

Lənkəranda kazaklara abidə qoyulub

Lənkəranda kazaklara abidə qoyulub
# 24 sentyabr 2008 13:06 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Lənkəran şəhərində kazaklara abidə qoyulub. Bunu APA-ya Azərbaycan kazaklarının atamanı, kazak generalı Viktor Mereşkin deyib. O bildirib ki, 10 metr hündürlüyündəki abidə Lənkəranın mərkəzinə yaxın bir yerdə, 100 metr uzunluğu olan parkın ərazisində ucaldılıb. Həmin yerdə 1797-ci ildə vəfat etmiş ataman Anton Qolovatı dəfn olunub. V. Mereşkin abidənin qoyulmasına icazə vermiş Azərbaycan rəhbərliyinə təşəkkür edərək bunun siyasi qərar olduğuna diqqət çəkib. Kazakların həmişə ədalətin tərəfində durduğunu vurğulayan atamanın sözlərinə görə, bu abidənin açılışı kazakların xristian olduqları üçün erməniləri dəstəklədiyi barədə fikirləri puç çıxarır. V. Mereşkin Azərbaycan, Rusiya və Ukraynanın dostluğunun rəmzi olan abidənin təntənəli açılış mərasiminin keçiriləcəyini, tədbirə müxtəlif kazak qoşunlarının atamanlarının dəvət ediləcəyini açıqlayıb. Abidə Azərbaycanda yaşayan kazakların topladığı vəsait hesabına ucaldılıb.

Qeyd edək ki, ukraynalı ataman A. Qolovatı imperatriça İkinci Yekaterinanın dövründə Rusiyanın cənub sərhədlərini qoruyub və burada öz əcəli ilə ölüb. Lənkəranda yaşayan ruslar onun məzarını indiyə qədər qoruyub, saxlayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR