Bank Of Baku

Azərbaycanda 450 yeni orta məktəbə tələbat var

Azərbaycanda 450 yeni orta məktəbə tələbat var
# 24 sentyabr 2008 13:24 (UTC +04:00)
Nazirin sözlərinə görə, Azərbaycanda 1200 məktəbin əsaslı təmirə, 450-dən artıq yeni məktəbin tikintisinə və şagird sıxlığı problemlərini aradan qaldırmaq üçün 600 məktəbin yanında əlavə korpusların inşasına ehtiyac duyulur: «Yaxın bir neçə il ərzində biz təhsil ocaqlarında normal şərait yaratmalıyıq».
Bundan başqa M.Mərdanov qeyd edib ki, Təhsil Nazirliyi məktəblərdə qışa hazırlıq məsələlərinə də ciddi yanaşır. Belə ki, ən əsas məsələlərdən biri təhsilə mane olmamaq şərti ilə başlanmış və nəzərdə tutulan təmir işlərini başa çatdırmaq və istilik sistemlərini quraşdırmaqdır ki, hazırda bu işlər davam etdirilir: «Ümumiyyətlə, bu il ölkənin təhsil sahəsi keçən ildəkindən bir qədər yüksək səviyyədə olacaq».
Qeyd edək ki, hazırda Azərbaycanda 4 545 min orta təhsil məktəb mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR