Bank Of Baku

Bakıda “MDB ölkələrində humanitar məkanın formalaşdırılması: çağırışlar, vəzifələr, vasitələr” mövzusunda beynəlxalq konfrans keçirilir

Bakıda “MDB ölkələrində humanitar məkanın formalaşdırılması: çağırışlar, vəzifələr, vasitələr” mövzusunda beynəlxalq konfrans keçirilir
# 24 sentyabr 2008 14:24 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı-APA. Bu gün Bakıda “MDB ölkələrində humanitar məkanın formalaşdırılması: çağırışlar, vəzifələr, vasitələr” mövzusunda beynəlxalq konfrans işinə başlayıb. Rusiya Dövlət Dumasının deputatları da daxil olmaqla Azərbaycana gələn 50-dən çox rusiyalı alim və ictimai xadim konfransda iştirak edib. Bakı Slavyan Universitetindən (BSU) APA-ya verilən məlumata görə, konfrans Moskva Linqvistik Universiteti ilə birgə təşkil olunub. Açılışda BSU-nun rektoru Kamal Abdullayev, təhsil nazirinin müavini İradə Hüseynova çıxış edərək, digər MDB ölkələri ilə müqayisədə Azərbaycanda rusdilli məktəblərin bu gün də fəaliyyət göstərdiyini bildiriblər. Rusiyalı nümayəndələrin çıxışlarında isə Moskvada Azərbaycan dilli məktəblərin mövcudluğu və fəaliyyətindən bəhs olunub. MDB ölkələrinin dilləri, humanitar əməkdaşlığı, linqvistik problemləri mövzusuna həsr olunmuş konfrans işini sentyabrın 26-da yekunlaşdıracaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR