Bank Of Baku

Berlin Arxeologiya İnstitutunun mütəxəssisləri Gəncə-Qazax bölgəsində tədqiqat aparacaqlar

Berlin Arxeologiya İnstitutunun mütəxəssisləri Gəncə-Qazax bölgəsində tədqiqat aparacaqlar
# 24 sentyabr 2008 15:04 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Cənubi Qafqazın ən qədim şəhər tipli yaşayış yerlərinin geniş tədqiqatı nəzərdə tutulur. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu ilə yanaşı, bu tədqiqatlarda Yaponiya, Fransa və Almaniyanın arxeoloji institutları da iştirak edəcəklər. Bu barədə APA-ya Göytəpə qədim yaşayış yerində tədqiqat aparan elmi ekspedisiyanın rəhbəri Fərhad Quliyev məlumat verib. O, hazırda Berlin Arxeologiya İnstitutunun mütəxəssisləri ilə Gəncə və Qazax bölgəsində çalışdıqlarını bildirib: “Məqsədimiz bu bölgənin neolit, eneolit və ilk tunc dövrünün abidələri ilə tanış olmaqdır. Beynəlxalq mütəxəssislərlə birgə bölgədə ən qədim dövrdə istehsal təsərrüfatının yaranması, metalın kəşfi, yerli mədəniyyətlərin formalaşması, onların Yaxın Şərqin, Ön Asiyanın inkişaf etmiş mədəniyyətləri ilə əlaqəsi məsələləri tədqiq olunur”.

Qeyd edək ki, 2009-cu ildən azərbaycanlı və alman mütəxəssislərin bölgədə iri miqyaslı, geniş tədqiqatlara başlaması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR