Bank Of Baku

UNİCEF dünyada uşaqların vəziyyətinə dair hesabatda Azərbaycanın yerini düzgün göstərməyib

UNİCEF dünyada uşaqların vəziyyətinə dair hesabatda Azərbaycanın yerini düzgün göstərməyib
# 24 sentyabr 2008 15:23 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. “UNİCEF-in 2008-ci ildə dünyada uşaqların vəziyyəti haqqında hesabatında beş yaşadək uşaq ölümü hallarının sayına görə Azərbaycanın 46-cı yerdə göstərilməsi yanlışdır”. Bunu APA-ya açıqlamasında Azərbaycan Səhiyyə Nazirliyinin tibbi xidmətin təşkili şöbəsinin müdiri Soltan Əliyev deyib. O bildirib ki, məlumatın düzgün olmadığını UNİCEF də etiraf edib: “Belə çıxır ki, Afrika ölkələrində, Qvineyada vəziyyət bizdən yaxşıdır?! Azərbaycanda bu işin öhdəsindən gələ bilmək üçün yetərincə həkim briqadası var. Azərbaycanda hər 10 min nəfərə 34 həkim düşür, inkişaf etmiş ölkələrdən olan İngiltərədə bu göstərici 30, Fransada 28-dir”.

S. Əliyevin sözlərinə görə, son vaxtlar abortların sayında artım qeydə alınmasa da, Azərbaycanda keysər əməliyyatı yolu ilə doğum hallarında artım müşahidə edilir. Səhiyyə Nazirliyinin buna qarşı mübarizə apardığını vurğulayan şöbə müdiri uşaq ölümü hallarını azaltmaq üçün Bakı, Gəncə, Naxçıvan, Sabirabad, Quba, Şəki və Lənkəranda perinatal mərkəzlərin açılacağını xatırladıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR