Bank Of Baku

CISCO şirkəti Azərbaycanda təhsil layihələri hazırlayacaq

CISCO şirkəti Azərbaycanda təhsil layihələri hazırlayacaq
# 24 sentyabr 2008 15:41 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Bu gün Azərbaycanın təhsil naziri Misir Mərdanov İKT sahəsində dünyanın aparıcı şirkətlərindən olan “CISCO Systems” şirkətinin Şərqi və Mərkəzi Avropa üzrə vitse-prezidenti Kaan Terzioğlu, Mərkəzi Asiya üzrə baş meneceri Ali Kuralkan və Azərbaycan üzrə satış meneceri Kamilla Şahbazova ilə görüşüb. Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, M. Mərdanov Azərbaycan məktəblərində kompüter texnologiyasını yaxşı bilən müəllimlərə ehtiyac olduğunu deyib. Nazir bildirib ki, müəllimlərin kompüterdən istifadə etmə bacarıqlarını yaxşılaşdırmaq üçün ötən 3 ildə 20 minə yaxın pedaqoji işçi müvafiq kurslarda iştirak edib. Bu işin davam etdirildiyini vurğulayan Misir Mərdanov qeyd edib ki, məktəblərdə kompüterdən, eləcə də İnternetdən düzgün və səmərəli istifadə olunması üçün inkişaf etmiş ölkələrin təcrübələrindən istifadə etməyə çalışırlar.

Qonaqlar Türkiyə Təhsil Nazirliyinin nəzdində CISCO şirkəti tərəfindən “Təhsil Texnoloji Mərkəzi”nin yaradıldığını, burada müəllimlərin texnoloji biliklərini yüksəltməyə çalışdıqlarını, eyni zamanda valideynlərin öz uşaqlarının təhsillərinə birbaşa İnternet vasitəsilə nəzarət etmələri üçün şərait yaradıldığını da qeyd ediblər. Türkiyədə bu sahə üzrə “CISCO akademiyaları”nın fəaliyyətindən də danışan qonaqlar Azərbaycan və Orta Asiya ölkələrində də təhsil layihələri hazırlamaq fikrində olduqlarını bildiriblər.

Misir Mərdanov informasiya texnologiyalarının inkişaf etdiyi zamanda yeni layihələrin Azərbaycanda da tətbiqinin yaxşı fikir olduğunu və təhsilin inkişafı üçün lazımlılığını qeyd edib. Görüşdə qərara alınıb ki, CİSCO nümayəndələri bir neçə təhsil müəssisəsində olub, məktəblərdə kompüterdən necə istifadə olunması ilə tanış olsunlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR