Bank Of Baku

Şirvan şəhərində qanvermə aksiyası keçirilib

Şirvan şəhərində qanvermə aksiyası keçirilib
# 25 sentyabr 2008 11:08 (UTC +04:00)
Şirvan. Əlibəy Zeynallı-APA. Bu gün Şirvan şəhərində qanvermə aksiyası keçirilib. Bu barədə APA-nın Mil-Muğan bürosuna Şirvan şəhər Xəstəxanasının baş həkimi Murad Salmanov məlumat verib. Onun sözlərinə görə, qanvermə aksiyası Şirvan şəhərinə ezam edilmiş Respublika Qanköçürmə İnstitutunun həkim briqadası tərəfindən Səhiyyə Nazirliyinin təşəbbüsü ilə hemofiliyalı və talassemiyalı xəstələrin qan tələbatını təmin etmək məqsədi ilə təşkil olunub. Aksiyada şəhərin 200-ə yaxın səhiyyə, təhsil, mədəniyyət müəssisələrinin, gənclər və idman idarəsinin işçiləri iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR