Bank Of Baku

Hicran Hüseynova Azərbaycan Qadınlarının III Qurultayında iştirak etmək üçün Bakıya gələn nümayəndələrlə görüşüb

Hicran Hüseynova Azərbaycan Qadınlarının III Qurultayında iştirak etmək üçün Bakıya gələn nümayəndələrlə görüşüb
# 25 sentyabr 2008 11:29 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı-APA. Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycan Qadınlarının III Qurultayında iştirak etmək üçün Bakıya gələn bir qrup xarici nümayəndə ilə görüşüb. APA-nın məlumatına görə, H. Hüseynova qurultaya müxtəlif ölkələrin nüfuzlu təmsilçilərinin qatılacağını bildirib: “Qonaqların hələ hamısı gəlməsə də, onların bir qismi artıq Bakıdadır. Azərbaycanda qadın hərəkatının genişlənməsi inkişafımızın əsas əlamətlərindən biridir. Hələ 1901-ci ildə ölkəmizdə müsəlman qızları üçün ilk məktəb açılıb. Bu çox önəmli bir faktdır. Azərbaycan qadınları bu tarixi ənənəni istər-istəməz davam etdirirlər”.
Görüşdə Türkiyənin Qadın və Ailə Məsələləri üzrə dövlət naziri Nemət Çubukçu, Litva Respublikasının Müdafiə Nazirliyinin dövlət katibi Jurate Raquçiene, İordaniyanın Qadın Məsələləri üzrə Milli Komitəsinin baş katibi Əsma Xader, Amerika-Azərbaycan Cəmiyyətinin sədri Tomris Azəri və başqaları iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR