Bank Of Baku

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Beynəlxalq Əmək Təşkilatının regional direktorunu qəbul edib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Beynəlxalq Əmək Təşkilatının regional direktorunu qəbul edib
# 25 sentyabr 2008 15:36 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Mehbalıyev Beynəlxalq Əmək Təşkilatının (BƏT) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Subregional Bürosunun direktoru Eleyn Fultzu qəbul edib. Bu barədə «APA-Economics»ə AHİK-in mətbuat xidmətindən məlumat verilib.
Görüşdə 2006-2009-cu illər üçün Layiqli Əməyin Təminatı üzrə Ölkə Proqramının həyata keçirilməsi ilə əlaqədar geniş fikir mübadiləsi aparılıb.
Xanım E.Fultz gələn ildən həmin proqramın icra vaxtının uzadılması ilə bağlı öz mülahizələrini irəli sürüb və bu məqsədlə keçirdiyi görüşlər barədə AHİK rəhbərliyini məlumatlandırıb.
AHİK-in sədri, millət vəkili S.Mehbalıyev Azərbaycanda layiqli əməyin təminatını Azərbaycanda iqtisadi və sosial siyasətin əsas təminatı kimi irəli sürüb. Layiqli Əməyin Təminatı üzrə Ölkə Proqramının yerinə yetirilməsi ilə bağlı görülən tədbirlərdən danışan AHİK sədri məşğulluq strategiyasının icrasını, gənclər arasında məşğulluğun artırılması siyasətinin təkmilləşdirilməsini, sosial dialoqu və sosial əməkdaşlığı gücləndirməyi tövsiyə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR