Bank Of Baku

Türkiyənin Kocaeli Universitetinin professorları Naxçıvana gəlib

Türkiyənin Kocaeli Universitetinin professorları Naxçıvana gəlib
# 26 sentyabr 2008 23:00 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu—APA. Türkiyənin Kocaeli Universitetinin professorları Naxçıvan Muxtar Respublikasına gəlib. Naxçıvan MR Mərkəzi Xəstəxanasının həkimi Mirəzim Zahidovun APA-nın yerli bürosuna verdiyi məlumata görə, türkiyəli pediatrlar- infeksionist Emin Sami Arısoy və nevropotoloq Hüsnü Əfəndi 4 gün Naxçıvanda olacaqlar. Bu müddət ərzində onlar Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində və Naxçıvan MR Mərkəzi Uşaq Xəstəxanasında elmi-mühazirələrlə çıxış edəcəklər.
Hazırda mütəxəssislər MR Mərkəzi Xəstəxanasında müayinələr aparırlar. İndiyədək 30-dan atıq azyaşlıya ambulator müalicə xidməti göstərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR