Bank Of Baku

Masallının Həsənli kəndinə içməli su xətti çəkilib

Masallının Həsənli kəndinə içməli su xətti çəkilib
# 27 sentyabr 2008 08:39 (UTC +04:00)
Masallı. Ağəddin Babayev-APA. İyirmi beş illik fasilədən sonra Masallının Muğan zonası ərazisində yerləşən Həsənli kəndinə içməli su xətti çəkilib. Masallı rayon İcra Hakimiyyətindən APA-nın cənub bürosuna verilən məlumata görə, bu, rayonda su kəmərlərinin bərpası və yenidən qurulması ilə bağlı üçüncü layihə çərçivəsində gerçəkləşib. Yerli əhalinin iştirakı ilə keçirilən açılış mərasimində rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev çıxış edərək kəndə içməli suyun verilməsini dövlətin regionlara göstərdiyi qayğının təzahürü kimi qiymətləndirib. Q. Ağayev yaxın zamanlarda rayonun digər ucqar yaşayış məntəqələrinin də suya olan tələbatının ödəniləcəyini diqqətə çatdırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR