Bank Of Baku

Azərbaycanın 230 orta məktəbində USAID-in dəstəyi ilə iqtisadiyyat tədris olunacaq

Azərbaycanın 230 orta məktəbində USAID-in dəstəyi ilə iqtisadiyyat tədris olunacaq
# 27 sentyabr 2008 11:06 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün Bakıda ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD), «StatoilHydro» və «Chevron Khazar» şirkəti arasında anlaşma memorandumu imzalanıb.
«APA-Economics»in məlumatına görə, memoranduma əsasən, 2008-2010-cu illər ərzində «Junior Achievement Azərbaycan» (JAA) təşkilatı tərəfindən Azərbaycanın 230 orta məktəbində Məktəblərdə iqtisadiyyatın tədrisi Proqramı həyata keçiriləcək.
İmzalanma mərasimində çıxış edən USAİD-in Azərbaycan üzrə koordinatoru Skot Teylor bildirib ki, proqram praktiki fəaliyyət vasitəsi ilə sahibkarlıq, işə hazırlıq bacarıqları və maliyyə savadı üzrə təlimləri əhatə edəcək: «Proqramdan ölkə üzrə 300 müəllim və minlərlə şagird faydalanacaq. İştirakçı şagirdlərə iqtisadiyyat fənni vasitəsi ilə beynəlxalq, həmçinin «Məktəbli şirkətlər» layihəsində biznes idarəçiliyinə yiyələnmək, biznesdə etikanın rolunu tədqiq etmək və «İşə hazırlıq» proqramında həqiqi iş təcrübəsini əldə etmək imkanı veriləcək».
S.Teylorun sözlərinə görə, proqramın icrası üçün ümumilikdə 209 631 ABŞ dolları həcmində vəsait ayrılıb ki, bunun da 72 631 dolları USAİD-in, 87 min dolları «StatoilHydro», 50 min doları isə «Chevron Khazar» şirkətinin payına düşür.
Qeyd edək ki, USAİD 1992-ci ildən indiyə kimi Azərbaycana 284 mln. dollar məbləğində yardım göstərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR