Bank Of Baku

Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzinin açılışı olub

Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzinin açılışı olub
# 27 sentyabr 2008 12:17 (UTC +04:00)
Qəbələ. Şahnəzər Bəşirov-APA. Bu gün Qəbələ rayonunda akademik Zərifə Əliyevanın büstünün, Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal-Qərb Regional Mərkəzinin, Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədrisi Mərkəzinin inzibati binalarının, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa edilən 16 mənzilli yaşayış binasının və Qəmərvan kənd orta məktəbinin açılış mərasimləri keçirilib. APA-nın yerli bürosunun məlumatına görə, akademik Zərifə Əliyevanın büstü rayon mərkəzində onun adını daşıyan parkda qoyulub. Bu gün rayonda büstün açılışı keçirilib.

FHN-in Şimal-Qərb Regional Mərkəzinin açılışında isə fövqəladə hallar naziri Kəmaləddin Heydərov iştirak edib. Mərkəzin 3 mərtəbəli binasının tikintisinə 2006-cı ildə başlanıb. Mərkəz Azərbaycanın Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən rayonlarını əhatə edir. Regional mərkəz iki idarə, 15 şöbə və bölmədən, xilasetmə hissəsindən ibarətdir. Mərkəzdə istifadə olunacaq texnikalar Almaniya, Fransa, Yaponiya, Rusiya, Belarus, Koreya və Türkiyə istehsalıdır.
Mərkəzin şəxsi heyətinin və işçilərinin sayı 162 nəfərdir.

Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədrisi Mərkəzinin inzibati binasının açılış mərasimində isə təhsil naziri Misir Mərdanov iştirak edib. Mərkəzin tikintisinə 2006-cı ildə başlanıb. Mərkəzdə yeməkxana, yataqxana, kompüter laboratoriyası, xarici dil otağı, emalatxana, hotel , idman zalı fəaliyyət göstərir. Təhsil Nazirliyinin vəsaiti hesabına tikilən tədris mərkəzində 13 ixtisas tədris olunacaq. Təhsil naziri bu gün 360 yerlik Qəmərvan kənd orta məktəbinin açılışında da iştirak edib. Dövlət büdcəsi hesabına tikilən məktəbin inşasına 754 min manat vəsait ayrılıb.

Qarabağ əlilləri və şəhid ailələri üçün tikilən 2 mərtəbəli, 16 mənzilli yaşayış binasının tikintisinə 443 min manat vəsait xərcləndiyi qeyd olunub. Binanın açılışında əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov da iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR