Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkətinin Ekologiya İdarəsində keyfiyyət idarəetmə sistemi üzrə yeni audit keçirilib

Azərbaycan Dövlət Neft Şirkətinin Ekologiya İdarəsində keyfiyyət idarəetmə sistemi üzrə yeni audit keçirilib
# 27 sentyabr 2008 12:22 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. ARDNŞ-in Ekologiya İdarəsində Türk Standartları İnstitutu tərəfindən İSO:9001 Keyfiyyət İdarəetmə Sistemi üzrə üçüncü tərəf audit keçirilib. Bu barədə «APA-Economics»ə Ekologiya İdarəsindən məlumat verilib.
Keçirilmiş auditin nəticəsi qənaətbəxş hesab olunub. Qeyd edilib ki, ötən bir il ərzində əvvəlki audit zamanı aşkar olunmuş uyğunsuzluqlar aradan qaldırılıb, sistemi təşkil edən sənədlər toplusu yenidən gözdən keçirilib və düzəlişlər olunub. İşçilərin İSO:9001 beynəlxalq standartı üzrə maarifləndirməsi ilə bağlı müvafiq tədbirlər görülüb.
Qeyd edək ki, Ekologiya İdarəsi 2007-ci il ərzində İSO:9001 keyfiyyət, İSO:14001 ekologiya, OHSAS:18001 əməyin mühafizəsi və təhlükəsizlik idarəetmə sistemlərini qurmuş və müvafiq sertifikatlara layiq görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR