Bank Of Baku

Azərbaycandakı turizm şirkətlərinə kadr hazırlığını yüksəltmək üçün iki il vaxt verilib

Azərbaycandakı turizm şirkətlərinə kadr hazırlığını yüksəltmək üçün iki il vaxt verilib
# 27 sentyabr 2008 13:36 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. «Hansı turizm şirkətinin Azərbaycan Turizm İnstitutunu bitirmiş meneceri olmayacaq, ona lisenziya verməyəcəyik. İki ildən sonra bunu sizdən tələb edəcəyik. Mən bunu bu gün deyirəm, iki ildən sonra heç kim deməsin ki, bu şərtlər haradan çıxıb». «APA-Economics»in məlumatına görə, bu xəbərdarlığı ölkədə fəaliyyət göstərən turizm şirkətlərinə bu gün Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev edib.
Nazirin sözlərinə görə, turizmi inkişaf etdirmək üçün yerli kadr hazırlığına ciddi yanaşmaq lazımdır. Ona görə də turizm şirkətləri indidən Azərbaycan Turizm İnstitutu ilə əlaqə yaradaraq gələcək kadrlarını müəyyənləşdirməlidir: «Biz bunu sizdən bu gün də tələb edə bilərik, amma onda siz çətinliyə düşəcəksiniz. Ona görə də bunu sizdən iki ildən sonra tələb edəcəyik».
Bəzi otellərin fəaliyyətindən narazı qalan nazir onları özbaşınalıqda da günahlandırıb: «Təzə peyda olan otellər ağıllarına gələn ulduzu yapışdırır. Biri otel divarına yapışdırır ki, 5 ulduzluyam, biri isə mənə zəng edib deyir ki, xidmətlərim yüksəkdir, bizə 6 ulduz verin. Axı, 6 ulduz yoxdur. Bunun üçün gərək onların otellərin sertifikatlaşdırılması barədə məlumatları olsun ki, belə söyləməsinlər».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR