Bank Of Baku

Lənkəranın daha bir kəndinə təbii qazın verilməsi bərpa olunub

Lənkəranın daha bir kəndinə təbii qazın verilməsi bərpa olunub
# 14 oktyabr 2008 09:11 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev-APA. On yeddi illik fasilədən sonra Lənkəran rayonunun Vilvan kəndinə yenidən təbii qaz verilib. APA-nın Cənub bürosunun məlumatına görə, bu münasibətlə keçirilən mitinqdə çıxış edən Lənkəran rayon şəhər İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov kənd sakinlərinə təbriklərini çatdırıb. 800-dək fərdi təsərrüfatı olan kəndin ilkin mərhələdə 528 təsərrüfatı təbii qazla təmin olunub. Lənkəran Qaz İstismarı İdarəsinin rəisi Səlahəddin Abbasov APA-nın yerli bürosuna bildirib ki, ilin sonunadək rayonun Separadi və Cil kəndlərinə də təbii qazın verilişi bərpa olunacaq. 2013-cu ilə kimi isə rayonda qazlaşdırma işinin tamamilə başa çatdırılması nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR