Bank Of Baku

Metronun “İçərişəhər” stansiyası ərazisində yeraltı tikililər aşkarlanıb

Metronun “İçərişəhər” stansiyası ərazisində yeraltı tikililər aşkarlanıb
# 14 oktyabr 2008 09:15 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Metronun “İçərişəhər” stansiyası ərazisində aparılan təmir işləri zamanı iki növ yeraltı tikili aşkar edilib. Bu barədə APA-ya “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sədri Kamran İmanov məlumat verib. O bildirib ki, yeraltı tikilinin biri quyunu xatırladır və XVI əsrə aid tarixi abidə olduğu ehtimal edilir. Keçmiş Qubernator bağında aşkarlanan yeraltı xətdə isə araşdırma davam edir, onun konkret hansı dövrə aid olduğu dəqiqləşdirilir.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini Nəcəf Müseyibli hələlik əraziyə dəvət edilmədiklərini bildirib: “Azərbaycanda arxeoloji tədqiqatların mərkəzi bizim institut hesab edilir. Mövcud qanunvericiliyə görə, aparılan hər hansı qazıntı zamanı tarixi abidə aşkar edilərsə, tikinti dərhal dayandırılmalı və tikintini aparan təşkilat tərəfindən Mədəniyyət və Turizm Nazirliyinə və bizim instituta müraciət olunmalıdır. Güman edirik ki, ərazidə aşkar edilən maddi tapıntının tədqiqatı üçün institutumuza müraciət ediləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR