Bank Of Baku

Prezident seçkiləri günü Azərbaycan ərazisində hava yağmursuz olacaq

Prezident seçkiləri günü Azərbaycan ərazisində hava yağmursuz olacaq
# 14 oktyabr 2008 11:44 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Oktyabrın 15-də - prezident seçkiləri günü Azərbaycan ərazisində hava dəyişkən buludlu, əsasən, yağmursuz olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, sabah səhər Abşeron yarımadasının bəzi yerlərində zəif duman olacağı gözlənilir. Cənub-qərb küləyi saniyədə 6-11 metr sürətlə əsəcək.

Gündüz hava arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Gündüz saatlarında cənub-qərb küləyi saniyədə 9-14 metr sürətlə əsəcək, küləyin sürəti arabir 16-19 metrədək güclənəcək. Havanın temperaturu gündüz 20-24 dərəcə isti olacaq.

Axşam saatlarında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyinin sürəti saniyədə 8-12 metr olacaq, arabir 15-17 metrədək güclənəcək. Axşam 16-18 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da havanın, əsasən, yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Havanın temperaturu gecə 11-16, gündüz 20-25 dərəcə, dağlarda gecə 6-10, gündüz 12-17 dərəcə isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR