Bank Of Baku

BMT-nin Qlobal Saziş Təşəbbüsünə dair treninq-seminar keçirilib

BMT-nin Qlobal Saziş Təşəbbüsünə dair treninq-seminar keçirilib
# 14 oktyabr 2008 13:27 (UTC +04:00)
İlhamə İsabalayeva - APA. Bu gün BMT-nin İnkişaf Proqramı (İP) media nümayəndələri üçün BMT-nin Qlobal Saziş Təşəbbüsünə dair treninq-seminar keçirib. APA-nın məlumatına görə, Qlobal Saziş Təşəbbüsünün Azərbaycandakı meneceri Həsən Hüseynov bildirib ki, BMT İP Azərbaycanda İnvestisiyaların və İxracın Təşviqi Fondu (AZPROMO) ilə birgə bu təşəbbüsün ölkədə həyata keçirilməsinə yardım etmək məqsədilə layihə həyata keçirir. “StatoilHydro” şirkəti tərəfindən maliyyələşdirilən layihənin məqsədi ölkədə fəaliyyət göstərən yerli və xarici şirkətlərə qlobal sazişi təqdim etmək, yerli qlobal saziş şəbəkəsinin yaradılmasına, yerli təşkilatların qlobal sazişə qoşulmasına yardım etməkdir. Layihə müxtəlif qurumlar arasında tərəfdaşlığın yaradılmasına, özəl sektorla dialoqun qurulmasına və bununla da yerli işgüzar dairələrin müasir biznes fəaliyyətində rəqabət qabiliyyətinin artırılmasına kömək göstərəcək. Könüllü təşəbbüs və 10 prinsipdən ibarət qlobal saziş Minilliyin İnkişaf Məqsədlərinə nail olmaqda ölkələrə yardımçı ola bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR