Bank Of Baku

Almaniyanın «Stadtwerke Meinz AG» şirkəti Azərbaycanda yeni məişət tullantıları emalı zavodu inşa edə bilər

Almaniyanın «Stadtwerke Meinz AG» şirkəti Azərbaycanda yeni məişət tullantıları emalı zavodu inşa edə bilər
# 14 oktyabr 2008 14:02 (UTC +04:00)
Sumqayıt. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın Sumqayıt şəhər İcra Hakimiyyəti Almaniyanın «Stadtwerke Meinz AG» şirkəti ilə şəhərdə məişət tullantılarının emalı müəssisəsinin yaradılması ilə bağlı müzakirələr aparır. Bu barədə «APA-Economics»ə Sumqayıt şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Müzakirələrin yekunu olaraq ötən gün Almaniya şirkətinin iştirakı ilə Sumqayıt şəhərinin tullantı poliqonunda tullantıların emalı müəssisəsinin qurulması barədə ilkin razılıq əldə olunub. Hazırda Azərbaycanda səfərdə olan şirkətin nümayəndə heyəti Sumqayıtda araşdırmalar aparır.
Qeyd edək ki, «Stadtwerke Meinz AG» şirkəti Ukrayna, Qazaxıstan və Şimali Afrika ölkələrində tullantıların emalı qurğuları quraşdırıb və bu sahədə kifayət qədər təcrübəyə malikdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR