Bank Of Baku

Naxçıvanda 20 əlilə «OKA» avtomobilləri verilib

Naxçıvanda 20 əlilə «OKA» avtomobilləri verilib
# 15 oktyabr 2008 05:46 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu-APA Naxçıvan Muxtar Respublikasında (MR) bir qrup əlilə «OKA» markalı avtomobillər verilib. Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-nın yerli bürosuna verilən məlumata görə, avtomobillərdən 18-i Qarabağ müharibəsində sağlamlığını itirmiş şəxslərə, 2-si isə 1941-45-ci illər müharibəsi iştirakçısı olan əlillərə təqdim olunub. Daha 7 əlilə isə velo-arabalar verilib.
Qeyd edək ki, son bir ildə Naxçıvan MR-də Qarabağ müharibəsi və 1941-45-ci il müharibəsi iştirakçısı olan, sağlamlığını itirən 50 vətəndaş «OKA» markalı avtomobillə təmin olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR