Bank Of Baku

Azərbaycanda turizm sahəsində 11 peşə üzrə hazırlıq kursları təşkil olunacaq

Azərbaycanda turizm sahəsində 11 peşə üzrə hazırlıq kursları təşkil olunacaq
# 28 oktyabr 2008 10:43 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Bu gün Bakıda Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə «Turizm sektorunda ixtisaslı kadrların hazırlanması və işlə təmin edilməsində sosial tərəfdaşların rolu» mövzusunda dəyirmi masa keçirilib.
«APA-Economics»in məlumatına görə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov bildirib ki, turizm sektorunun inkişafı digər sahələrin inkişafına stimul verir. Nazir müavininin fikrincə, Azərbaycanda lazımi infrastrukturun qurulması hesabına turizmin inkişafı normal səviyyəyə çatdırılıb.
Turizm sektorunda kadrların hazırlanması üçün işlərin aparılmasını vacib hesab edən N.Məmmədovun sözlərinə görə, iki nazirlik arasında bələdçi, səyahət təşkilatçısı, barmen daxil olmaqla, 11 peşə üzrə hazırlıq kurslarının təşkili razılaşdırılıb. Hazırda bunun üçün hazırlıq işləri görülür.
Azərbaycan Turizm İnstitutunun (ATİ) rektoru Cəfər Cəfərov isə rəhbərlik etdiyi ali məktəbin 3 il əvvəl fəaliyyətə başladığını qeyd edib. Rektorun sözlərinə görə, hazırda bu məktəbdə 8 ixtisas üzrə təqribən 900 tələbə təhsil alır. Onların 225 əyani şöbədə oxuyur. ATİ-nin Azərbaycanda ilk dəfə olaraq, məzunlarına həm ölkədə, həm də xaricdə tanınan ikili diplom verəcəyini xatırladan C.Cəfərov Azərbaycanın təhsil sistemində digər bir yeniliyi tətbiq edəcəklərini də söyləyib. Rektor bildirib ki, bu il və ya gələn il ərzində ATİ-də Karyera Mərkəzi yaradılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR