Bank Of Baku

Hüquq müdafiəçisi Elçin Behbudov Ramil Usubovla görüşüb

Hüquq müdafiəçisi Elçin Behbudov Ramil Usubovla görüşüb
# 28 oktyabr 2008 11:27 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov bu gün daxili işlər naziri səlahiyyətlərinin icraçısı Ramil Usubovla görüşüb. Bu barədə APA-ya məlumat verən komitə sədri görüşdə bir müddət əvvəl Lənkəran rayon Polis Şöbəsində baş vermiş intihar hadisəsi, insan hüquqları, polis şöbələrinin müvəqqəti saxlanma yerlərinin monitorinqi və narkomaniya ilə bağlı məsələlərin müzakirə olunduğunu bildirib. Lənkəran RPŞ-də baş vermiş intihar hadisəsinin nazirlik tərəfindən ciddi araşdırıldığını vurğulayan R. Usubov bu hadisədə hər hansı işgəncə faktının aşkarlanacağı təqdirdə əlaqədar şəxslərin cəzalandırılacağını söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR