Bank Of Baku

Azərbaycanda turizm sahəsində kadr çatışmazlığı problemi yaxın 2-3 ildə həll olunacaq

Azərbaycanda turizm sahəsində kadr çatışmazlığı problemi yaxın 2-3 ildə həll olunacaq
# 28 oktyabr 2008 12:45 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. «Yolların təmiri ilə əlaqədar respublikanın bəzi bölgələrində problemlər yaransa da, ümumilikdə bu il Azərbaycanda yay turizm mövsümü normal keçib». «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi turizm şöbəsinin müdiri Aydın İsmiyev bildirib.
Şöbə müdirinin sözlərinə görə, ötən illə müqayisədə 2008-ci ilin ilk 6 ayı ərzində Azərbaycana gələn turistlərin sayı 200 min nəfər artıb. Azərbaycana gələn turistlərin sayı artdıqca dövlət büdcəsində turizm gəlirlərinin payı da çoxalır. Ötən il ərzində Azərbaycanda turizmdən 177 mln. manat gəlir əldə edildiyi halda, təkcə bu ilin yanvar-iyun ayları ərzində bu göstərici 96 mln. manata bərabər olub.
A.İsmiyev Azərbaycan Turizm İnstitutunun köməyi ilə hazırda otel və turizm şirkətlərində olan kadr çatışmazlığı probleminin yaxın 2-3 ildə həll olunacağını da deyib.
Azərbaycandakı otellərdə xidmət haqlarının və aviabiletlərin qiymətlərinin yüksəlməsinə də münasibət bildirən nazirlik təmsilçisinin sözlərinə görə, bu sahədə qiymətlər yalnız Azərbaycanda deyil, bütün dünyada bahalaşıb.
Otellərdəki xidmətlərin qiymətlərinin Tarif Şurası tərəfindən tənzimlənməsinin əhəmiyyətinə gəldikdə, A.İsmiyev deyib ki, Azərbaycanda turizm xidmətlərinin qiymətləri elə də yüksək səviyyədə olmadığı üçün, bu məsələnin baxılması hazırda gündəmdə deyil. Şöbə müdiri hesab edir ki, yeni otellər və turizm kompleksləri tikildikcə qiymətlər tənzimlənəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR