Bank Of Baku

Dünyada kasetli silahlarla Ümumdünya Mübarizə Həftəsi keçirilir

Dünyada kasetli silahlarla Ümumdünya Mübarizə Həftəsi keçirilir
# 31 oktyabr 2008 13:33 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Kasetli Silahlar üzrə Koalisiya (Cluster Munitions Coalition) dünyada kasetli silahların qadağan olunması məqsədilə bu həftəni Ümumdünya Mübarizə Həftəsi elan edib. “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyindən APA-ya verilən xəbərə görə, bu məqsədlə Azərbaycan da daxil olmaqla, 67 ölkədə vətəndaş cəmiyyətinin nümayəndələri müxtəlif tədbirlər keçirirlər. İctimai Birliyin məlumatında bildirilir ki, bu günədək on minlərlə mülki şəxs bu silahların təsirindən həlak olub və ya yaralanıb ki, onların da 50%-i uşaqlar təşkil edir. Bu silah növünün qadağan olunmasını nəzərdə tutan yeni beynəlxalq müqavilənin hazırlanması ideyası Norveç hökuməti tərəfindən irəli sürülüb və bu ideyaya dəstək verən 46 ölkənin rəsmi nümayəndələri 2007-ci ilin fevral ayında Oslo (Norveç) şəhərində toplanaraq “Oslo Bəyannaməsi” qəbul ediblər. Bu ilin may ayında keçirilmiş Dublin Diplomatik Konfransında isə kasetli silahların qadağan olunmasını nəzərdə tutan beynəlxalq konvensiyanın mətni hazırlanıb. Dekabrın 2-3-də BMT baş katibi Pan Gi Munun iştirakı ilə Osloda Konvensiyanın imzalanması mərasimi olacaq. Artıq 107 ölkə bu sənədi imzalayacağını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR