Bank Of Baku

Salyanda kənd təsərrüfatı yarmarkası keçirilib

Salyanda kənd təsərrüfatı yarmarkası keçirilib
# 01 noyabr 2008 09:22 (UTC +04:00)
Salyan. Əlibəy Zeynalov – APA. Azərbaycanın Salyan rayonunda kənd təsərrüfatı yarmarkası keçirilib. Bu barədə APA-nın Mil-Muğan bürosuna Salyan rayon İcra Hakimiyyətindən məlumat verilib.
Kənd təsərrüfatı işçilərinin peşə bayramı münasibətilə keçirilən ərzaq yarmarkasında əhaliyə bazar qiymətlərindən ucuz ət məhsulları, o, cümlədən toyuq və balıq əti, meyvə və tərəvəz məhsulları və digər ərzaqlar təklif olunub. Alıcılar qiymətlərdən razılıq edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR