Bank Of Baku

Masallının Güllütəpə kəndində sürüşmə nəticəsində daha 5 ev qəzalı vəziyyətə düşüb

Masallının Güllütəpə kəndində sürüşmə nəticəsində daha 5 ev qəzalı vəziyyətə düşüb
# 03 noyabr 2008 07:40 (UTC +04:00)
Masallı. Ağəddin Babayev- APA. Masallı rayonunun Güllütəpə kəndində baş vermiş torpaq sürüşməsi yenidən aktivləşib. Masallı rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar üzrə Komissiyanın sədri Nadir Abıyevin APA-nın cənub bürosuna verdiyi məlumata görə, intensiv yağışlar ərazidə daha 5 yaşayış evinin qəza vəziyyətinə düşməsinə səbəb olub. Həmin evlərdə xırda çatlar əmələ gəlməsinə baxmayaraq, yaşayış üçün təhlükəli həddə çatmayıb. Çökmə ilə müşahidə olunan sürüşmə artıq 3 hektardan çox sahəni əhatə edib. N. Abıyev bildirib ki, torpağın çökməsi nəticəsində torpaq qatındakı çatlar daha da dərinləşib.
Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin nümayəndələrinin qəza yerinə mütəmadi baş çəkdiklərini diqqətə çatdıran rayon rəsmisi deyib ki, onlar mayaklar vasitəsilə sürüşmə prosesinə nəzarət edirlər.
Təhlükəli sürüşmə zonasında yaşayan 11 ailə evakuasiya olunub. Köçürülən ailələr üçün kəndin yaxınlığında 1 hektar torpaq sahəsi ayrılıb. N. Abıyevin sözlərinə görə, dövlət vəsaiti hesabına tikiləcək evlərin layihə-smeta sənədləri hazırlanıb, evlərin qiyməti dəyərləndirilib və tikintinin başlanması üçün tender elan olunub.
Qeyd edək ki, Güllütəpə kəndində sürüşmə bu il mart ayının 5-də qeydə alınıb və sonrakı ötən müddətdə daha da aktivləşib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR