Bank Of Baku

UNİCEF-in Azərbaycan nümayəndəliyinə müvəqqəti rəhbər təyin olunub

UNİCEF-in Azərbaycan nümayəndəliyinə müvəqqəti rəhbər təyin olunub
# 03 noyabr 2008 09:03 (UTC +04:00)
Bakı – APA. Məhəmməd Bendris Alami BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı nümayəndəliyinin müvəqqəti rəhbəri təyin olunub. Nümayəndəlikdən APA-ya verilən məlumata görə, xanım Hana Sinqerin yerinə bu posta təyin olunan M. B. Alami UNİCEF-in Yaxın Şərq və Şimali Afrika üzrə regional direktorunun müavini vəzifəsində çalışıb. O, 63 yaşındadır və Mərakeş Krallığının vətəndaşıdır. Hidravlika inşaatı sahəsində universitet diplomu, şəhər planlaşdırması və regional inkişaf sahəsində isə magistr dərəcəsi alıb. Ailəlidir, iki övladı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR