Bank Of Baku

Bakıda “Yeni gənclər + yeni əməkdaşlıqlar = yerli layihələr” proqramının təqdimatı keçirilib

Bakıda “Yeni gənclər + yeni əməkdaşlıqlar = yerli layihələr” proqramının təqdimatı keçirilib
# 22 noyabr 2008 09:32 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Bakıda “Yeni gənclər + yeni əməkdaşlıqlar = yerli layihələr” adlı gənclərin beynəlxalq əməkdaşlıq qurma fəaliyyət proqramının təqdimatı keçirilib. APA-nın məlumatına görə, Azərbaycan Könüllülər İctimai Birliyinin Avropa Birliyi Gənclər Proqramı çərçivəsində Türkiyə Milli Gənclər Agentliyi və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi layihənin məqsədi Avropa Birliyi və Qafqaz ölkələrinin gənclər təşkilatları arasında əməkdaşlıq və mədəniyyətlərarası dialoq qurmaqdır. Bu fəaliyyətdə Yunanıstan, Macarıstan, İngiltərə, Fransa, Danimarka, Norveç, Estoniya, Litva, Ukrayna, Moldova, Rusiya, Gürcüstan, Rusiya, Türkiyə və Azərbaycandan gənc liderlər iştirak edir.

Noyabrın 25-nə qədər davam edəcək tədbirdə Avropa Birliyi Gənclər Proqramı çərçivəsində gənclər mübadilələri, təlim kursları, kontakt qurma seminarları və Avropa Könüllülük Xidməti çərçivəsində layihələrin yazılması həyata keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR