Bank Of Baku

Şərur Türk Liseyinin şagirdi beynəlxalq Olimpiadada gümüş medal qazanıb

Şərur Türk Liseyinin şagirdi beynəlxalq Olimpiadada gümüş medal qazanıb
# 25 noyabr 2008 09:44 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu – APA. Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən Şərur Türk Liseyinin şagirdi Türkmənistanın paytaxtı Aşqabadda keçirilən Beynəlxalq Kompüter Layihələri Olimpiadasında gümüş medal qazanıb. Liseydən APA-nın yerli bürosuna bildiriblər ki, Aslan Nağıxanlı Bakı-Tiflis-Ceyhan neft boru kəməri mövzusunda hazırladığı kompüter dizaynına görə 97 layihə arasında ikinci yerə layiq görülüb. A. Nağıxanlıya notbuk hədiyyə olunub.

Qeyd edək ki, Olimpiadada 37 ölkədən 167 şagird iştirak edib. Türkmən-Türk Universitetində təşkil olunan Olimpiadada layihələr qiymətləndirilərkən cəmiyyət həyatına faydası, elmi dəyəri və hazırlanma müddəti kimi meyarlar əsas götürülüb. Olimpiadada qızıl medalları Qazaxıstan, Əfqanıstan, Rumıniya, Şri-Lanka və Hindistandan olan şagirdlər qazanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR