Bank Of Baku

Ucar rayonunun kəndlərinə enerji verilişi dayandırılıb

Ucar rayonunun kəndlərinə enerji verilişi dayandırılıb
# 25 noyabr 2008 15:20 (UTC +04:00)
Ucar. Zahid Abışov-APA. Ucar rayonunda enerji verilişində problem yaranıb. APA-nın yerli bürosunun xəbərinə görə, artıq bir aydır ki, rayonun bütün kəndlərinə elektrik enerjisi fasilələrlə verilir. Buna səbəb kimi elektrik xətlərində problemlərin yarandığı göstərilib. Bu gün isə rayonun Qazqumlaq, Lək və Boyat kəndlərinin bir hissəsinə elektrik enerjisi verilişi dayandırılıb. Ucar rayon Paylayıcı Elektrik Şəbəkəsinin enerji satışı müdiri Mübariz Quliyev APA-nın əməkdaşına bildirib ki, enerji verilişinin dayandırılması ilə bağlı “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin Kürdəmir Regional MMC tərəfindən göstəriş verilib. Onun sözlərinə görə, bu, abonentlərin noyabr ayı da daxil olmaqla elektrik enerjisi üzrə borclarının yaranması ilə bağlıdır. Elektrik enerjisi kəsilən abonentlərin əksəriyyəti isə yalnız noyabr ayı üçün borclarının olduğunu bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR