Bank Of Baku

Misirdə “İslam Konfransı Təşkilatı ölkələrinin inkişafında qadınların rolu» mövzusunda II Nazirlәr Konfransı keçirilib

Misirdə “İslam Konfransı Təşkilatı ölkələrinin inkişafında qadınların rolu» mövzusunda II Nazirlәr Konfransı keçirilib
# 25 noyabr 2008 15:30 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Misirdə İslam Konfransı Təşkilatının “İKT ölkələrinin inkişafında qadınların rolu” mövzusunda II Nazirlər Konfransı keçirilib. Bu barədə APA-ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) mətbuat xidmətindən məlumat verilib. Konfransda Azərbaycanı AQUPDK sədri Hicran Hüseynova təmsil edib. Toplantıda 2006-cı ilin noyabrında İstanbulda keçirilmiş I Nazirlәr Konfransından keçən dövr ərzində üzv ölkələrdə qarşıda duran vəzifələr müzakirə edilib. H. Hüseynova bildirib ki, gender bərabərliyinin əldə olunması üçün yoxsulluğun azaldılması və davamlı inkişaf strategiyasının hazırlanması lazımdır. Azərbaycanda bu istiqamətdə Dövlət Proqramı hazırlandığını vurğulayan H. Hüseynova gələcəkdə gender məsələləri ilə bağlı bir sıra yeni layihələr həyata keçiriləcəyini deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR