Bank Of Baku

“Bələdiyyələrin böyüdülməsi mexanizmləri” mövzusunda dəyirmi masa keçirilib

“Bələdiyyələrin böyüdülməsi mexanizmləri” mövzusunda dəyirmi masa keçirilib
# 27 noyabr 2008 13:17 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bu gün Bələdiyyələrin İnkişafına Dəstək QHT Alyansı “Bələdiyyələrin böyüdülməsi mexanizmləri” mövzusunda dəyirmi masa keçirib. APA-nın məlumatına görə, alyansın koordinatoru Abil Bayramov bildirib ki, qurum 12 QHT-ni özündə birləşdirir və əsas məqsədi yerli özünüidarəetmə institutlarının inkişafı prosesində QHT-lərin imkanlarından da istifadə olunmasıdır. Onun sözlərinə görə, Azərbaycanda yeni yaranan bələdiyyələrdə bir sıra problemlər mövcuddur və alyans həmin problemlərin həlli istiqamətində mümkün addımları atacaq.
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev “Bələdiyyələrin böyüdülməsinin mexanizmləri” mövzusunda məruzə ilə çıxış edib. Onun sözlərinə görə, Azərbaycandakı bələdiyyələrin əksəriyyəti əhalinin az hissəsinin yaşadığı ərazilər üzrə formalaşıb. Orta hesabla Azərbaycanda hər 3120 nəfər bir bələdiyyə formalaşdırıb. S. Əliyev deyib ki, “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” və digər qanunvericilik aktlarında dəyişiklik etməyə ehtiyac var.
Tədbirdə Ədliyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Milli Məclisin və ayrı-ayrı bələdiyyələrin nümayəndələri çıxış edərək məsələ ilə bağlı öz fikirlərini bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR