Bank Of Baku

Xanlar Vəliyev: “Azərbaycanın silahlı birləşmələrində cinayət, qəsdən adamöldürmə və intihar hallarının sayı azalıb”

Xanlar Vəliyev: “Azərbaycanın silahlı birləşmələrində cinayət, qəsdən adamöldürmə və intihar hallarının sayı azalıb”
# 12 dekabr 2008 10:47 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Ötən illə müqayisədə 2008-ci ildə Azərbaycanın silahlı birləşmələrində cinayət, qəsdən adamöldürmə və intihar hallarının sayı azalıb”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında hərbi prokuror Xanlar Vəliyev deyib. Hər bir insanın ölümünün fövqəladə hadisə olduğunu söyləyən hərbi prokuror 2008-ci il ərzində də müəyyən intihar, ölüm hallarının olmasından təəssüfləndiyini bildirib: “Bu intihar hallarının bir qismi məişət problemləri, ailə məsələləri ilə əlaqədar olsa da, bir qismi də xidmətlə bağlı, Nizamnamədən kənar davranışla, münasibətlərlə şərtlənir”.

X. Vəliyev ordu üzərində ictimai nəzarətin həyata keçirilməsi ilə bağlı təkliflərə də münasibətini açıqlayıb. O, sosial həyatın bütün sahələrinə, o cümlədən silahlı birləşmələrə ictimai nəzarətin olmasını qeyri-adi qarşılamadığını vurğulayıb: “Güman edirəm ki, bu, mümkündür və olacaq. Hansı formada həyata keçiriləcək, bu haqda konkret fikir bildirə bilmərəm. Amma yəqin ki, məqbul variant tapılacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR