Bank Of Baku

Azərbaycanın qərb bölgəsinə qar yagıb

Azərbaycanın qərb bölgəsinə qar yagıb
# 15 dekabr 2008 10:03 (UTC +04:00)
Gəncə. Nəzakət Məşədiəıiqızı –APA. Bu gün Gəncə şəhərinə ilk qar yağıb. Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Şahmalı Cavadov APA-nın qərb bürosuna bildirib ki, sürüşkən olmaması üçün yollara duz və qum tökülüb.
Məlumata görə, qərb bölgəsinin rayonlarına da qar yağıb. Daşkəsən rayonuna yağan qar 15 santimetrə çatıb. Gəncə-Xoşbulaq magistral yolunda maşınların hərəkətinə maneçilik yaranmasın deyə yollara texniki duz tökülüb. Gədəbəy rayonuna isə 10 santimetr qalınlığında qar yağıb. Qazax, Ağstafa, Tovuz rayonlarına da ötən axşamdan başlayaraq qar yağır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR