Bank Of Baku

2009-cu ildə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin daha dörd regional mərkəzi fəaliyyətə başlayacaq

2009-cu ildə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin daha dörd regional mərkəzi fəaliyyətə başlayacaq
# 15 dekabr 2008 11:48 (UTC +04:00)
Salyan. Əlibəy Zeynallı - APA. 2009-cu ildə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) daha dörd regional mərkəzi fəaliyyətə başlayacaq. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev bildirib ki, gələn il nazirliyin Gəncə, Xaçmaz, Ağcabədi və Yevlaxda Regional mərkəzlərinin açılışı nəzərdə tutulur.

Bu regional mərkəzlərin lazımi texnika və avadanlıqlar habelə əsgəri qüvvə ilə təmin olunacağını qeyd edən nazir müavininin sözlərinə görə, bundan sonra paytaxtdan regionlara yardım göndərilməsinə ehtiyac qalmayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR