Bank Of Baku

Azərbaycanın fərdi uçot sistemində 80 ölkənin vətəndaşı qeydiyyatdan keçib

Azərbaycanın fərdi uçot sistemində 80 ölkənin vətəndaşı qeydiyyatdan keçib
# 15 dekabr 2008 15:05 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən yaradılan fərdi uçot sistemində indiyədək qeydiyyata alınmaq üçün 1 mln. 657 min nəfər qeydiyyat forması ilə müraciət edib. Onlardan artıq 1 mln. 484 min 251 nəfərinə hesab açılıb. APA-nın məlumatına görə, bunu DSMF sədri Səlim Müslümov bildirib.
S.Müslümovun sözlərinə görə, 1 mln. 657 min nəfərin 1 mln. 273 mini hüquqi şəxslərdə muzdla işləyən, 116 mini fiziki şəxs kimi fəaliyyət göstərənlər, 268,5 mini torpaq mülkiyyətçiləri, yaxud torpaqdan istifadə edənlərdir.
S.Müslümov bildirib ki, artıq 80 ölkədən 6 571 nəfər fərdi uçot sistemində qeydiyyatdan keçib. Onların 85%-i Türkiyə, Gürcüstan, Rusiya, İran və Hindistan, 27%-i isə keçmiş SSRİ ölkələrinin vətəndaşlarıdır.
Fond sədrinin sözlərinə görə, 2009-cu ildə DSMF-nın gəlirlərini tam təmin etmək üçün muzdla işləyənlərlə qeydiyyata düşənlər arasındakı fərqi tam aradan götürmək lazımdır.
Hazırda muzdla işləyənlərin sayı təxminən 30-40 min olduğunu deyən S.Müslümov bildirib ki, pərakəndə ticarət, özəl nəqliyyat sektorlarında, şadlıq evləri, restoran biznesi sahəsində işləyənlərin qeydiyyata alınması üçün müvafiq tədbirlər görüləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR