Bank Of Baku

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ətraf mühitə dəymiş ziyanla bağlı bu il 912 iddia qaldırıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ətraf mühitə dəymiş ziyanla bağlı bu il 912 iddia qaldırıb
# 15 dekabr 2008 15:08 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu ilin yanvar-sentyabr ayları ərzində ətraf mühitin mühafizəsi sahəsində hüquqi, fiziki şəxslər və vətəndaşlar tərəfindən yol verilmiş qanun pozuntularına görə 2930 akt və protokol tərtib edib, nöqsanların aradan qaldırılması üçün 748 icrası məcburi olan göstəriş verib.

Nazirlikdən APA-ya verilən məlumata görə, qanun pozuntusuna yol verdikləri üçün hüquqi və fiziki şəxslərə qarşı ümumilikdə 809 iş üzrə 1851808,78 manat məbləğində cərimə tətbiq edilib. Ətraf mühitə dəymiş ziyanla bağlı 912 iş üzrə 1854020,84 manat məbləğində iddia qaldırılıb, onun 193927,35 manatının ödənilməsi təmin edilib.

Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına göndərilmiş 76 işdən 25-ə, məhkəmələrə göndərilmiş 195 işdən 72-ə, məhkəmə nəzarətçilərinə və məhkəmə İcraçılarına göndərilmiş 408 işdən 39-na baxılaraq müvafiq tədbir görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR