Bank Of Baku

Gələn il Azərbaycanda daha 65 min nəfər pensiyaya çıxacaq

Gələn il Azərbaycanda daha 65 min nəfər pensiyaya çıxacaq
# 15 dekabr 2008 15:09 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Gələn il Azərbaycanda daha 65 min nəfər pensiyaya çıxacaq. APA-nın məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov bildirib.
Fond sədrinin sözlərinə görə, gələn il 1952-ci ildə anadan olan qadınlar, 1947-ci ildə anadan olan kişilər yaşa görə pensiyaya çıxacaqlar. Pensiyaya çıxanların 63%-ni qadınlar təşkil edəcək. Qadınların təxminən 41%-i uşaqların sayına görə pensiyaya çıxacaq.
Gələn il ərzində dünyasını dəyişən pensiyaçıların sayının təxminən 38 min nəfər olacağı gözlənilir. İlin sonuna pensiyaçıların sayı 1,3 mln. nəfər olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR