Orucəli Hacıyev: “İndiyə qədər 281 obyektdə tikinti işlərinin dayandırılmasına qərar verilib” - MÜSAHİBƏ
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyevin APA-ya müsahibəsi
- Fövqəladə Hallar Nazirliyi indiyə qədər inşa olunan çoxmərtəbəli binalarda təhlükəsizlik texnikaları qaydalarına əməl etmədiyinə görə neçə binanın tikintisi dayandırıb? Bölgələrdə də analoji hallar qeydə alınıbmı?
- Söylədiyiniz qaydalara əməl edilməsinə nəzarət etmək üçün prezidentin “Azərbaycan Respublikasında tikinti sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında” fərmanının icrası ilə əlaqədar nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi müvafiq tədbirlər həyata keçirir. Bu fərmanın icrası ilə bağlı Nazirlər Kabinetinin qərarı ilə “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən tikinti işlərinin dayandırılması haqqında Qaydalar” təsdiqlənib. Həmin qərara uyğun olaraq, layihə sənədləri Dövlət Ekspertiza Baş İdarəsindən ekspertizadan keçməyən və obyektdə tikinti işlərinin dayandırılması barədə müvafiq “Tapşırıq” verilən, lakin Tapşırığın tələblərinə əməl etmədən tikinti işlərini davam etdirən 281 obyektdə tikinti işlərinin dayandırılması barədə əmr hazırlanaraq, icra üçün tikinti obyektlərinə göndərilib. Eyni zamanda həmin obyektlərə elektrik enerjisi və su təchizatının dayandırılması ilə əlaqədar Agentliyin əmrlərinin surəti “Azərsu”, “Bakıelektrikşəbəkə”, “Sumqayıtelektrikşəbəkə”, “Gəncə Regional Enerji Təchizatı” və digər regional enerji təchizatı cəmiyyətlərinə göndərilib. Aidiyyəti şəhər və rayon icra hakimiyyətlərinə də bu barədə məlumat verilib.
Belə obyektlərin 62-si Bakıda, 15-i Sumqayıtda, 31-i Gəncədə, 19-u Abşeron rayonunda, 154-ü isə digər şəhər və rayonlarda yerləşir.
Bu tədbirlərə baxmayaraq, layihə sənədlərini Dövlət Ekspertiza Baş İdarəsindən ekspertizadan keçirməyən, lakin tikinti işlərini davam etdirən 58 obyekt barədə daha ciddi tədbirlərin görülməsi məqsədilə müvafiq sənədlər hazırlanaraq nazirliyin Əməliyyat-İstintaq İdarəsinə təqdim edilib. Belə obyektlərin 39-u Bakıda, 5-i Sumqayıtda, 2-si Gəncədə, 3-ü Abşeron rayonunda, 9-u isə digər şəhər və rayonlarda yerləşir.
- Azərbaycanı təbii fəlakətlərə hazır hesab etmək olarmı?
- Bu sahədə ardıcıl görülmüş tədbirləri nəzərə alaraq deyə bilərəm ki, müəyyən mənada, bəli. Lakin bildirim ki, iri miqyaslı fövqəladə hadisə baş verdikdə demək olar ki, heç bir ölkə onun tam mənada qarşısını almağa qadir olmadığından kömək üçün digər ölkələrə müraciət edir. Odur ki, bu məqsədlə, ilk növbədə, bütün mənşəli təbii fəlakətləri əhatə edən monitorinq sistemləri yaradılmalı, respublika ərazisində təbii fəlakətlərin əhaliyə və təsərrüfata vurduğu zərərlərin və dağıntıların azaldılmasına, monitorinq işlərinin təşkilinə, erkən xəbərdarlıq sistemlərinin yaradılmasına, əhalinin maarifləndirilməsinə yönəlmiş kompleks tədbirlər həyata keçirilməlidir. Bu tədbirlər isə kompleks elmi-tədqiqat işləri ilə müşayiət olunmalı, problemin sosial, iqtisadi, elmi istiqamətdə hərtərəfli öyrənilməsi, təbii fəlakətlərdən dəyən ziyanın dəqiq uçotunun aparılması təmin olunmalıdır. Eyni zamanda təbiətə, əhaliyə və təsərrüfata təsir qüvvəsini zəiflədən müdafiə tədbirlərinin həyata keçirilməli, təbii fəlakətlərdən müdafiə olunmayan yerlərdə əhalinin və ayrı-ayrı təsərrüfat sahələrinin yerləşdirilməsinin səciyyəvi formalarını nəzərə almaqla ərazilərdən səmərəli istifadənin , təsərrüfatların elmi nöqteyi-nəzərdən təşkili nəzərə alınmalıdır.
Azərbaycan ərazi etibarilə təbii fəlakətlərin çox geniş yayıldığı regionlardan biridir və burada dünya okeanı sahillərində baş verən təbii fəlakətlərdən başqa yerdə qalan bütün təbii fəlakətlərə rast gəlinir, bu fəlakətlər hər il ölkə iqtisadiyyatına külli miqdarda ziyan vurur. Respublika ərazisinin Xəzər dənizi sahili boyu 825 kilometrlik sahəsində yerləşən çoxsaylı yaşayış məntəqələri, təsərrüfat obyektləri fasilələrlə Xəzər dənizinin səviyyə tərəddüdlərinə, 400-ə yaxın yaşayış məntəqəsi sellərə, 100-ə yaxın yaşayış məntəqəsi sürüşmələrə, 10-a yaxın yaşayış məntəqəsi isə qar və daş uçqunlarına məruz qalır. Sahəsi 86,6 min km2 olan ölkə ərazisinin 800-900 km2-nin sürüşmə təhlükəsi altında olması, ölkə əhalisinin yarıdan çoxunun zəlzələ təhlükəli ərazilərdə məskunlaşması və bu ərazilərdə şəhər və kəndlərin, mülki və sənaye obyektlərinin mövcudluğu həyati əhəmiyyətli obyektlərin normal fəaliyyəti və əhalinin təhlükəsizliyi üçün ciddi problemlər yaradır.
Bununla yanaşı, ərazidəki neft, qaz kəmərləri və neft kimyası obyektləri əlavə təhlükə mənbəyidir. Elmi-texniki tərəqqinin sürətli inkişafı ekoloji və digər təhdidlərin artmasına səbəb olub ki, bu da insan həyatının təbii və texnogen fəlakətlərdən müdafiəsi məsələsini aktuallaşdırır.
Yarandığı gündən Azərbaycan prezidenti İlham Əliyev cənablarının xüsusi diqqət və qayğısını hər an hiss edən Fövqəladə Hallar Nazirliyinə həvalə olunmuş nəzarət sistemlərindən səmərəli istifadə etməklə, hər hansı bir fövqəladə hadisənin operativ olaraq qarşısının alınması məqsədilə nazirlik tərəfindən zəruri tədbirlər həyata keçirilir.
- Fövqəladə Hallar Nazirliyinin formalaşdırılması və komplektləşdirilməsi prosesini başa çatmış hesab etmək olarmı? Regional mərkəzlərin yaradılması istiqamətində hansı işlər görülür?
- Bildiyiniz kimi, nazirlik 2005-ci ilin dekabr ayında yaradılıb. Prezidentin müvafiq fərmanı ilə nazirlik qarşısında ölkənin mülki müdafiə, əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, yanğın təhlükəsizliyinin, su hövzələrində insanların təhlükəsizliyinin və kiçik həcmli gəmilərin hərəkətinin təhlükəsizliyinin, sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliyin, tikintidə təhlükəsizliyin təmin olunması, dövlət material ehtiyatları fondlarının yaradılması sahələrində dövlət siyasətinin və bu sahələrdə idarəetmənin və nəzarətin həyata keçirilməsi kimi həyati vacib məsələlər qoyulub. Eyni zamanda, fövqəladə halların yaranma ehtimalı böyük olduqda, yaxud baş verdikdə çevik reaksiya verilməsi, təbii, texnogen və terror təhlükələrinə məruz qalan strateji əhəmiyyətli obyektlərin mühafizəsinin təşkil edilməsi də nazirliyin əsas vəzifələrindəndir.
Nazirlik yarandığı gündən təşkilatlanma işləri ilə yanaşı onun strukturuna daxil olan qurumların formalaşdırılmasına, maddi-texniki bazasının yeniləşdirilməsinə, müasirləşdirilməsinə və möhkəmləndirilməsinə, eləcə də səlahiyyətlərinə aid edilən istiqamətlər üzrə yeni qurumların yaradılmasına əsas diqqət yönəldilib. Belə ki, ötən dövrdə nazirliyin mərkəzi aparatının inzibati binası, 5 regional mərkəzin və Dövlət Yanğından Mühafizə Xidmətinin inzibati binaları, Mülki Müdafiə qoşunları üçün 5 inzibati və yardımçı binaları, Dövlət Sularda Xilasetmə Xidmətinin 6 məntəqəsi istifadəyə verilib. Hazırda 3 regional mərkəzin, Aviasiya dəstəsinin, Sularda Xilasetmə Xidmətinin 1 məntəqəsinin, Mülki Müdafiə qoşunlarının 5 alayının, Dövlət Yanğından Mühafizə Xidmətinin 12 deposunun tikintisi aparılır. Nazirliyin qurumlarına məxsus 4 obyektdə isə əsaslı təmir işləri davam etdirilir.
Azərbaycan prezidentinin sərəncamları ilə cari ildə nazirliyin strukturunda Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi, Fövqəladə Hallar Nazirliyinin Akademiyası və Dövlət Taxıl Fondu yaradılıb. Hazırda həmin qurumların fəaliyyətinin təmini üçün müvafiq tədbirlər həyata keçirilir.
Yəni, Fövqəladə Hallar Nazirliyinin formalaşdırılması və komplektləşdirilməsi prosesi davam etdirilir və inkişaf etmiş ölkələrin təcrübəsini nəzərə alaraq onun fəaliyyətinin beynəlxalq səviyyəyə çatdırılması istiqamətində məqsədyönlü işlər aparılır.
Ölkənin ayrı-ayrı ərazilərinin və əhalisinin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində regional mərkəzlərin rolu böyükdür. Regionlarda Fövqəladə Hallar Nazirliyinin üzərinə düşən vəzifələrin operativ və yüksək səviyyədə yerinə yetirilməsini təmin etmək məqsədilə 9 regional mərkəzin yaradılması nəzərdə tutulur. Bakı, Şimal-Qərb, Sumqayıt, Cənub və Muğan regional mərkəzləri hazırda fəaliyyət göstərirlər. Şimal, Aran və Qarabağ regional mərkəzlərində tikinti-quraşdırma, Gəncə regional mərkəzində isə təmir və yenidənqurma işləri başa çatmaq üzrədir.
- Dövlət Sularda Xilasetmə Xidmətinin formalaşdırılması başa çatıbmı?
- Bu gün Dövlət Sularda Xilasetmə Xidməti Azərbaycanın su hövzələrindəki çimərliklərdə və kütləvi istirahət yerlərində insanların sularda təhlükəsizliyinin təmin edilməsi sahəsində axtarış-xilasetmə tədbirlərini yüksək səviyyədə qurur.
Hazırda 31 məntəqə və 7 postu özündə birləşdirən xidmətin nəzdində eyni zamanda 4 dalğıc-axtarış qrupu da fəaliyyət göstərir. Xidmət Xəzər dənizinin 825 km uzunluğu olan sahil boyu ərazisinə, həmçinin çay, göl və digər su hövzələrinə nəzarəti həyata keçirir.
Xidmətin strukturuna daxil olan məntəqə və postlar müasir standartlara cavab verən və hər bir şəraitə malik inzibati binalarla təmin olunub. Son illər ərzində kifayət qədər müasir xilasetmə texnika və avadanlıqları alınıb. Bu da xilasetmə işinin təşkilinə güclü təkan verərək, insanların sularda təhlükəsizliyinin qorunması işinin yüksək səviyyədə qurulmasını təmin edib. Dövlət Sularda Xilasetmə Xidmətinin formalaşdırılması prosesi başa çatıb, xidmət mövcud qüvvəsi ilə insanların sularda təhlükəsizliyini qorumağa tam qadirdir.
- Bu ilki çimərlik mövsümünün statistikasını açıqlaya bilərsinizmi?
- Ötən illərə nisbətən bu ilki statistik göstəricilər də deməyə əsas verir ki, xidmət fəaliyyətini düzgün qurub. Gün-gündən təkmilləşdirilən xilasetmə tədbirləri nəticəsində su hövzələrində bədbəxt hadisələrin sayı ötən illərlə müqayisədə xeyli azalıb, insanlarda Xidmətin fəaliyyətinə inam artıb.
Nəzərinizə çatdırım ki, cari ildə dövlət və özəl çimərliklərdə bədbəxt hadisələr qeydə alınmayıb. Amma görülmüş bütün qabaqlayıcı tədbirlərə baxmayaraq, itkilər də olub. Belə hadisələr ancaq su hövzələrinin nəzarətsiz ərazilərində baş verib. Ötən il nəzarətsiz ərazilərdə 60 nəfər boğulub. Xilas edilənlərin sayı isə 368 nəfər olub. Onlardan 243 nəfər dövlət çimərliklərində, 35 nəfər su anbarlarında, 17 nəfəri isə özəl çimərliklərin ərazilərində xilas ediliblər.
Xidmət əməkdaşlarının səyi nəticəsində çimərlik üçün qadağan olunmuş bir sıra ərazilərdə də xilasetmə işləri aparılıb, nəticədə 61 nəfəri dənizdə, 12 nəfər isə çayda boğularkən xilas edilib.
- 2008-ci il ərzində hansı ölkələrdən xüsusi texnika və avadanlıqlar alınıb və buraya nələr daxildir?
- Ötən iki ildə olduğu kimi, 2008-ci ildə də nazirliyin tabeliyində olan qurumlarının xüsusi texnika və avadanlıqlarla təchiz edilməsi istiqamətində xeyli iş görülüb.
Qısaca olaraq qeyd edim ki, yenə də Avropa istehsalı olan müasir texnika və avadanlıqların alınmasına üstünlük vermişik. Belə ki, Fransadan “İveco-Camiva” markalı 68 ədəd və Almaniyadan “Man-Zieqler” markalı 22 ədəd yanğınsöndürən avtomobil, Almaniya istehsalı olan 10 ədəd “Mercedes-Benz” şassisi üzərində quraşdırılmış yük avtomobili, ABŞ istehsalı olan 14 ədəd ağır texnika (uçqunların təmizlənməsi üçün ekskavator) və Almaniya istehsalı olan 16 ədəd qəza-xilasetmə avtomobili və 5 ədəd motosiklet, Rusiya istehsalı olan 2 ədəd “Mİ-17-1B” vertolyotu və 1 ədəd “BE-200 ÇS” amfibiya tirli təyyarə, Yaponiya istehsalı olan “Yamaha” tipli 4 ədəd qayıq və Rusiya istehsalı olan “Qaz-3302” markalı 9 ədəd xüsusi texnika və xeyli sayda digər xüsusi texnika və avadanlıq alınıb istifadəyə verilib. Eyni zamanda bina və qurğuların texniki müayinəsi üçün 1 komplekt mobil diaqnostik kompleks, nazirliyin inzibati binasında telekommunikasiya sisteminin genişləndirilməsi üçün xüsusi avadanlıq, yanğınsöndürənlər üçün Birləşmiş Ərəb Əmirliklərindən 4500 dəst xüsusi təyinatlı geyimlər və onlara aid avadanlıqlar, Mülki müdafiə qoşunları üçün xüsusi təyinatlı geyimlər, Xüsusi Riskli Xilasetmə Xidməti üçün müxtəlif adda xüsusi texniki vasitələr, Böhran Vəziyyətində İdarəetmə Mərkəzinin qurulması üçün vacib texniki vasitələr və digər avadanlıqlar alınıb.
- Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi tam gücü ilə fəaliyyət göstərirmi?
- Böhranların mərkəzləşdirilmiş idarə edilməsi anlayışı respublikamızda yenidir. Bu baxımdan Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin yaradılması üçün beynəlxalq təcrübə geniş öyrənilib.
Respublikamızda böhranların idarə edilməsi sisteminin yaradılması üçün bir sıra kompleks tədbirlər həyata keçirilib. Məsələn, ölkə ərazisində vahid çağırış nömrəsi olan “112” zəng mərkəzi fəaliyyətə başlayıb. Bu gün ölkənin bütün ərazisində istənilən mobil operator abonenti 24 saat ərzində ödənişsiz “112” zəng mərkəzi ilə əlaqə saxlaya bilər.
Bundan başqa, böhranların idarə edilməsi sistemi çərçivəsində Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzində Əməliyyat otağı fəaliyyətə başlayıb. Bu əməliyyat otağına 24 saat ərzində böhran halları barədə məlumatlar 112 zəng mərkəzindən, hüquq-mühafizə orqanlarının və digər dövlət qurumlarının əməliyyat növbətçilərindən qəbul olunur, onların nəticələrinin aradan qaldırılması üçün müvafiq qərarlar qəbul edilir və hadisə rayonuna cəlb edilmiş qüvvə və vasitələrə nəzarət edilir. Qeyd edilməlidir ki, Mərkəzdə müasir texnologiyalar əsasında elektron xəritələrdən istifadə edilir ki, bu xəritələr üzərində də nazirliyin qüvvə və vasitələrinin yerləşmə nöqtələri və orada olan texnika və şəxsi heyət barədə məlumatlar öz əksini tapıb.
Qüvvə və vasitələrin hərəkətinin izlənilməsi məqsədi ilə texnikalarımızda GPS sisteminin tətbiqinə başlamışıq. Bu da hadisə rayonuna yaxın qüvvə və vasitələrin operativ müəyyən edilməsinə imkan verir.
Bundan əlavə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən nazirliyin regional mərkəzləri və müvafiq qurumları ilə videokonfrans əlaqəsi yaratmaq mümkündür ki, bu da hadisələrin idarə edilməsində lazımi məqamlardan biridir. Həmçinin, hadisə rayonundan birbaşa görüntülərin təmin edilməsi üçün peyk rabitəsi ilə təmin edilmiş 2 ədəd xüsusi təyinatlı avtomobil də qeyd etdiyimiz sistemin tərkib hissəsidir.
Əlavə olaraq, Bakı şəhərində əməliyyat şəraitinə nəzarət etmək, habelə baş verə biləcək hadisə yerinin görüntülərini izləmək üçün şəhərin ayrı-ayrı rayonlarında xüsusi kameralar quraşdırılıb. Belə kameraların xüsusi təyinatlı hava nəqliyyatı və gəmilərimizdə quraşdırılması da nəzərdə tutulub.
Həmçinin, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzində irimiqyaslı fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə müvafiq nazirlik və komitələrin nümayəndələrinin qarşılıqlı fəaliyyətlərini təmin etmək məqsədi ilə Böhranların idarə edilməsi zalı yaradılıb. Bu zalda eyni zamanda 17 nazirlik və komitənin səlahiyyətli şəxslərinin fəaliyyət göstərməsi üçün müvafiq şərait yaradılıb. Əlavə olaraq qeyd edim ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin fəaliyyətinin daha da təkmilləşdirilməsi məqsədilə xüsusi inzibati binanın tikintisi nəzərdə tutulur.
Bütün qeyd edilənlərlə yanaşı, Azərbaycanda böhranların idarə edilməsi sisteminin təkmilləşdirilməsi və mükəmməlləşdirilməsi istiqamətində zəruri tədbirlər davam etdirilir.
- FHN hansı ölkələrin müvafiq strukturları ilə əməkdaşlığa dair sənədlər hazırlayıb?
- Fövqəladə Hallar Nazirliyi öz fəaliyyətində beynəlxalq təcrübəyə xüsusi əhəmiyyət verərək, fövqəladə halların idarə edilməsi üzrə böyük təcrübəyə malik dövlətlərin müvafiq qurumları ilə əlaqələrin qurulması və inkişafı istiqamətində məqsədyönlü tədbirlər görür.
Belə ki, Amerika Birləşmiş Ştatlarının Enerji Departamenti, Fövqəladə Halların İdarə Olunması Federal Agentliyi və digər müvafiq qurumları, Rusiya Federasiyasının Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyi, Belarusun Fövqəladə Hallar Nazirliyi, Koreyanın Tikinti və Nəqliyyat Nazirliyi və Fövqəladə Halların İdarə olunması Milli Agentliyi, Ukraynanın Nüvə Tənzimlənməsi üzrə Dövlət Komitəsi və Çernobıl Faciəsinin Nəticələrinin Aradan Qaldırılması və Fövqəladə Hallar Nazirliyi, Fransanın Daxili İşlər və Ərazi Abadlaşdırma Nazirliyi, Bolqarıstanın Fəlakətlər və Qəzalar Zamanı Dövlət Siyasəti Nazirliyi, Rumıniyanın Daxili İşlər və İnzibati İslahatlar Nazirliyi, Türkiyənin İnşaat və Şəhərqurma Nazirliyi, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Mülki Fövqəladə Halların Aradan Qaldırılması Mərkəzi, İsrailin Müdafiə Nazirliyi, Qətər Dövlətinin Daxili İşlər Nazirliyi və Almaniyanın Texniki Əməkdaşlıq Cəmiyyəti ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi arasında əməkdaşlıq əlaqələri qurulub, nazirliyin strukturlarının fəaliyyətinin daha da təkmilləşdirilməsi, maddi-texniki bazasının gücləndirilməsi, kadr hazırlığının yüksəldilməsi, habelə məlumat mübadiləsinin aparılması sahəsində xeyli iş görülüb.
Bununla yanaşı, Fövqəladə Hallar Nazirliyi BMT, NATO, ATƏT, MDB, GUAM, Kimyəvi Silahların Qadağan Edilməsi Beynəlxalq Təşkilatı (KSQET), Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QİƏT), İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT), Beynəlxalq Mülki Müdafiə Təşkilatı (BMMT) və digər beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq əlaqələri qurub. Nazirliyin əməkdaşları təcrübə torlamaq və ixtisas artırmaq məqsədilə yuxarıda qeyd olunan təşkilatlar tərəfindən keçirilən müxtəlif konfrans, treninq, seminar, yarış və təlimlərdə fəal iştirak edirlər.

Sosial
Bakı Hərbi Prokurorluğunun inzibati binasının açılışı olub
Xüsusi karantin rejiminin müddəti uzadılıb
BMT Forumunda Azərbaycanda sosial islahatların uğurları barədə məlumat verilib