Bank Of Baku

Bakıda ali məktəb tələbələrinin 21-ci respublika elmi-praktik konfransı keçirilir

Bakıda ali məktəb tələbələrinin 21-ci respublika elmi-praktik konfransı keçirilir
# 16 dekabr 2008 10:18 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Bu gün Bakıda ali məktəb tələbələrinin 21-ci respublika elmi-praktik konfransı başlayıb. APA-nın məlumatına görə, konfransın açılışında çıxış edən təhsil naziri Misir Mərdanov ali məktəblərin maddi-texniki bazasının ildən-ilə gücləndiyini, uzun fasilədən sonra ali məktəblər üçün yeni binaların tikildiyini bildirib. Nazir hesab edir ki, Azərbaycanda ali təhsilin keyfiyyəti yaxşılaşdırılmalı, ali məktəb müəllimlərinin nüfuzu bərpa edilməli, ali məktəblərin verdiyi diplomlar dünyada tanıdılmalıdır. Bu baxımdan hələ tam nailiyyətlər əldə edə bilmədiklərini etiraf edən M. Mərdanov deyib ki, Azərbaycan keçmiş SSRİ ölkələri arasında Avropa Şurası və beynəlxalq təşkilatlardan təhsil sahəsinin inkişafı üçün ən az qrant alan ölkələrdəndir.

Təhsil nazirinin müavini İradə Hüseynova 16 bölmə üzrə keçirilən konfransın dekabrın 17-də yekunlaşacağını söyləyib.

Qeyd edək ki, tədbirdə ali məktəblər arasında keçirilən respublika fənn Olimpiadasının qalibləri mükafatlandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR