Bank Of Baku

Giziri güllələyən əsgərin məhkəməsi başlayıb

Giziri güllələyən əsgərin məhkəməsi başlayıb
# 17 dekabr 2008 12:00 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə əsgər Faiq Şaiq oğlu Sərkərovun cinayət işi ilə üzrə məhkəmə baxışı başlayıb. APA-nın məlumatına görə, hakim Mürsəl Əliyevin sədrliyi ilə keçirilən iclasda prokuror ittiham aktını oxuyub. F. Sərkərov Azərbaycan Cinayət Məcəlləsinin 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 330.3 (zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurmaqla törədildikdə, habelə digər ağır nəticələrə səbəb olduqda), 332.2.1 (təkrar törədildikdə) maddələri ilə ittiham olunur. O, sərbəst ifadəsində özünü qismən təqsirli bilib. Növbəti məhkəmə iclası dekabrın 25-nə təyin edilib.

Qeyd edək ki, Xaçmaz rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılan 1988-ci il təvəllüdlü Faiq Sərkərov xidmət etdiyi Göygöl rayonunda yerləşən “N” saylı hərbi hissədə xidməti silahı ilə gizir, 1988-ci il təvəllüdlü Afiq Tərlanovu güllələyib. Çoxsaylı güllə yarası alan A. Tərlanov hadisə yerində keçinib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR