Bank Of Baku

Sülh Mədəniyyəti Naminə Gənclər İctimai Birliyi bəzi internat məktəblərində apardığı monitorinqin nəticələrini açıqlayıb

Sülh Mədəniyyəti Naminə Gənclər İctimai Birliyi bəzi internat məktəblərində apardığı monitorinqin nəticələrini açıqlayıb
# 18 dekabr 2008 10:28 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Sülh Mədəniyyəti Naminə Gənclər İctimai Birliyi Azərbaycanın paytaxtında yerləşən bəzi internat məktəblərində apardığı monitorinqin nəticələrini açıqlayıb. APA-nın məlumatına görə, birliyin sədri Ləman Cavadzadə bildirib ki, QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Valideyn himayəsindən məhrum olmuş və sağlamlıq imkanları məhdud olan uşaqların insan hüquqlarının təmin olunma vəziyyətinin monitorinqi” layihəsi çərçivəsində birlik paytaxtda yerləşən internat məktəblərindəki gerçək vəziyyəti üzə çıxarıb. Birlik kor və zəif görənlər, yetim və valideyn himayəsindən məhrum olmuş, zəif eşidən və sonradan karlaşmış uşaqlar üçün fəaliyyət göstərən internat məktəblərində monitorinq aparıb. Layihənin eksperti İradə Cavadova deyib ki, monitorinq zamanı Mərdəkanda yerləşən internat məktəbində vəziyyətin normal olmadığı üzə çıxıb. Onun sözlərinə görə, məktəbdə natəmizlikdir, uşaqların təhsil səviyyəsi aşağıdır, Azərbaycan dilində heç bir kitab yoxdur, qış ayları olmasına baxmayaraq, yataq dəstləri nazikdir, ərzaq problemi var.

Tədbirdə Təhsil Nazirliyinin, Ombudsman Aparatının nümayəndələri məsələ ilə bağlı fikirlərini bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR