Bank Of Baku

Deputat Eldar Quliyev Stenli Eskuderoya verilmiş torpaqları geri istəyən nardaranlıları haqlı sayıb

Deputat Eldar Quliyev Stenli Eskuderoya verilmiş torpaqları geri istəyən nardaranlıları haqlı sayıb
# 18 dekabr 2008 10:37 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Nardarandakı 30 hektar ərazinin ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Stenli Eskuderoya verilməsinə etiraz edən bir qrup qəsəbə sakini mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, Nardaran sakinlərinin səlahiyyətli nümayəndəsi Rasim Əlizadə məsələ ilə bağlı Milli Məclisə, prezidentə, Ali Məhkəməyə müraciət etdiklərini deyib. Nardaranlıları parlamentdə təmsil edən millət vəkili Eldar Quliyev kənd sakinlərinə ünvanladığı cavab məktubunda onların mövqeyinin haqlı olduğunu bildirib. O, Sabunçu rayon Məhkəməsinin 30 hektar torpağın qəsəbə sakini Salman Cəbrayılova verilməsi ilə bağlı qərarında Torpaq Məcəlləsinin müvafiq müddəasının pozulduğunu qeyd edib: “Ona görə də nə Salman Cəbrayılovun, nə də digərlərinin torpaq sahələrinin onlara ata-babalarından miras qaldığını iddia edərək varis kimi torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının tanınmasını tələb etməsi əsassızdır”. E. Quliyev məsələ ilə bağlı Ali Məhkəməyə də məktub göndərdiyini söyləyib. R. Əlizadənin sözlərinə görə, Ali Məhkəmə heç bir əsas olmadan Sabunçu rayon Məhkəməsinin qərarının Plenuma çıxarılmasına lüzum görməyib.

Qeyd edək ki, Sabunçu rayon Məhkəməsi 2006-cı ildə qəsəbədəki 30 hektar ərazinin Nardaran sakini Salman Cəbrayılovun ata-babasından ona miras qaldığını əsas tutaraq həmin torpaqları onun mülkiyyətinə verib. S. Cəbrayılov isə sonradan həmin torpaqları S. Eskuderonun gəlini Nigar Nəzərovaya pay verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR