Bank Of Baku

Azərbaycanın qərb bölgələrinə verilən qazın təzyiqi azalıb

Azərbaycanın qərb bölgələrinə verilən qazın təzyiqi azalıb
# 18 dekabr 2008 11:09 (UTC +04:00)
Gəncə. Nəzakət Məşədiəliqızı – APA. Azərbaycanın Gəncə şəhərinin bəzi ərazilərində mavi yanacağın verilməsi tamamilə dayanıb, bəzi yerlərdə isə qazın təzyiqi azalıb. Gəncə şəhər Qaz İstismarı İdarəsinin baş mühəndisi Balaxan Abbasov APA-nın Qərb bürosuna bildirib ki, istehlak olunmuş qaza görə ödənişin aşağı səviyyədə olması ilə əlaqədar «Azəriqaz» tərəfindən Gəncəyə verilən qazın təzyiqi 15-20% azaldılıb. Şəhərə verilən qazın təzyiqinin artırılması üçün işlədilən qazın dəyərinin ödənilməsinin vacib olduğunu bildirən B.Abbasov əks halda mavi yanacağın pulunu ödəməyən abonentlərə qazın verilişinin fərdi qaydada kəsiləcəyini vurğulayıb.
Tovuz rayon Qaz İstismar İdarəsinin rəisə Hüsaməddin Mirzəyev də APA-nın yerli bürosuna bildirib ki, rayonda qazın təzyiqi 7-8% düşüb. Həmçinin bildirilir ki, qaz pulu ödəməyən sakinlərin artıq fərdi qaydada qazının kəsilməsinə başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR