Bank Of Baku

“Vətən bizi səsləyir” mövzusunda dəyirmi masa keçirilib

“Vətən bizi səsləyir” mövzusunda dəyirmi masa keçirilib
# 18 dekabr 2008 11:32 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA. Bu gün Atatürk Mərkəzində “Təkan” Tələbə Gənclərin İctimai Birliyi və Ahıska türklərinin “Vətən” Cəmiyyətinin təşkilatçılığı ilə “Vətən bizi səsləyir” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, tədbir Azərbaycanda məskunlaşmış Ahıska türklərinin deportasiyasının 64 illiyi və Qərbi Azərbaycan ərazisindən azərbaycanlıların son deportasiyasının 20-ci ildönümlü münasibətilə təşkil olunub. Dəyirmi masada Ahıska türklərinin “Vətən” Cəmiyyətinin sədri İbrahim Burhanov, Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Xalis Qoyunçuoğlu və yazıçı Aygün Həsənoğlu çıxış ediblər. Natiqlər bildiriblər ki, türk dünyasına qarşı aparılan qərəzli siyasətin əsl mahiyyətini araşdırıb böyükməkdə olan nəslin nəzərinə çatdırmaq zəruridir. Eyni zamanda bəyan edilib ki, Avropa Şurasının Ahıska türkləri barədə qərarının icrasına yardımçı olmaq və gələcəkdə belə bir qərarın Qərbi Azərbaycandan deportasiya edilmiş azərbaycanlılar haqqında da qəbuluna nail olunması vacibdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR