Bank Of Baku

Azərbaycan əhalisi adambaşı pərakəndə əmtəə məsrəflərini 42% artırıb

Azərbaycan əhalisi adambaşı pərakəndə əmtəə məsrəflərini 42% artırıb
# 18 dekabr 2008 13:40 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın pərakəndə ticarət və iaşə şəbəkələrində əhaliyə 9 649,6 mln. manatlıq və ya 2007-ci ilin müvafiq dövründəkindən 15,6% çox istehlak malları satılıb və iaşə xidmətləri göstərilib.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, pərakəndə əmtəə dövriyyəsinin ümumi artımının 78%-i ticarət müəssisələri, 22%-i isə yarmarka və bazarların ticarət fəaliyyəti sayəsində yaranıb. Hesabat dövründə adambaşına düşən pərakəndə əmtəə dövriyyəsi 336,6 manat və ya 41,9% artaraq orta hesabla 1 140,4 manata çatıb. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə ölkənin hər bir sakini ticarət müəssisələrində 216,1 manatlıq, bazar və yarmarkalarda isə 120,2 manatlıq daha çox istehlak malları alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR